Kibertəhlükəsizlik
Kibertəhlükəsizlik kursu boyunca tələbələr kompüterlərin, şəbəkələrin və tətbiqlərin necə işlədiyini və hücum edənlərin onlardan necə istifadə etdiyini öyrənəcəklər. Addım-addım həm müdafiəçi, həm də etik haker kimi düşünməyi öyrənəcəklər. Təlim nəzəriyyəni güclü praktiki məşğələlərlə birləşdirir. Kurs uşaqlarda rəqəmsal təhlükəsizlik düşüncəsi və düzgün internet vərdişləri formalaşdırır.
Üstünlüklərimiz
Peşəkar Mentorlar
Təcrübəli mütəxəssislərdən dəstək və istiqamət
Praktiki Tədris
Yalnız nəzəriyyə deyil, real layihələr üzərində öyrənmə imkanı
Müasir Texnologiyalar
Python, AI, web proqramlaşdırma və digər aktual sahələr
Karyera Dəstəyi
CV hazırlığı, müsahibə simulyasiyaları və iş imkanlarına çıxış
Tədris proqramı
Kibertəhlükəsizliyin və Rəqəmsal Sistemlərin əsasları
- 1.Kibertəhlükəsizlik nədir və haker kimdir? Məlumat və informasiya, CIA Triadası, Zero Trust (Sıfır Etibar), AAA Kompüter arxitekturası: CPU, RAM, yaddaş İkilik, onaltılıq say sistemləri və kodlaşdırma: ASCII, Base32, Base64 İnternetin əsasları: IP, DNS, Domen, URL, NAT, DHCP Klient–server modeli, şəbəkə avadanlıqları: Hub, Switch, Router Şifrlər: Sezar, Vigenere, ROT, XOR, Atbash Praktiki məşğələlər: Sadə kriptoqrafik laboratoriya işləri və ilk mini CTF tapşırıqları
Kibertəhlükəsizlik əsasları
- 1.NumPy-də massivlərin yaradılması IPv4/IPv6, subnetləşdirmə və CIDR MAC ünvanı, ARP və marşrutlaşdırmanın əsas prinsipləri Portlar və protokollar (HTTP, DNS, FTP, SSH və s.) Wireshark vasitəsilə paketlərin analizi Loqların əsasları və şəbəkə problemlərinin aşkarlanması Praktiki məşğələ: real şəbəkə trafikinin tutulması və təhlili, protokolların dekodlaşdırılması
Linux və Əməliyyat Sistemləri
- 1.Linux-un tarixi, kernel və distributivlər Virtuallaşdırma və hipervizorlar Shell mühitində işləmək (əsas Linux əmrləri) Fayl sistemi strukturu və icazələr Proseslər, xidmətlər və demonlar Arxivləşdirmə, strings, cron tapşırıqları və Bash skriptləşdirmə Steqanoqrafiyanın əsasları Praktiki məşğələ: Linux virtual laboratoriyasının qurulması və idarə edilməsi
Təhlükəsizlik üçün proqramlaşdırma
- 1.Proqramlaşdırma məntiqi və problemlərin həlli Python-un əsasları — dəyişənlər, dövrlər, funksiyalar Fayllarla işləmə və mətnlərin emalı Python ilə şəbəkə proqramlaşdırması (sockets, requests) Veb-scraping və avtomatlaşdırma API-lər və JSON Praktiki məşğələ: sadə port skanerinin və parolun gücünü yoxlayan alətin hazırlanması
Veb təhlükəsizliyi və Etik Hakerliyə giriş
- 1.Vebin işləmə prinsipi (HTTP, sorğular, başlıqlar) Təhlükəsizlik tədqiqatçıları üçün HTML, CSS və JS əsasları Verilənlər bazaları və SQL anlayışları Burp Suite-ə giriş və sorğuların ələ keçirilməsi Kəşfiyyat və OSINT (Google Dorks, Shodan, Wayback Machine) Zəifliklərin qiymətləndirilməsi prosesi Praktiki məşğələ: lokal laboratoriyanın qurulması və idarə olunan veb skanların həyata keçirilməsi
Penetrasiya testləri və istismar
- 1.Cyber Kill Chain: Kəşfiyyat → İstismar → Hesabat Parol hücumları və parol sındırmanın əsasları Wi-Fi və simsiz şəbəkələrə hücumlar İstismar bazaları və Proof of Concept (PoC) Linux və Windows sistemlərində imtiyazların yüksəldilməsi Girişin qorunub saxlanılması və davamlılığın təmin edilməsi Hesabatların hazırlanması və sənədləşdirmə standartları Praktiki məşğələ: simulyasiya edilmiş hədəflər üzərində başdan sona penetrasiya testinin həyata keçirilməsi
Qabaqcıl Veb və Tətbiq Təhlükəsizliyi
- 1.OWASP Top 10 zəiflikləri İnyeksiya hücumları: XSS, SQLi, Command Injection Fayl yükləmə, Path Traversal, LFI/RFI, SSRF Autentifikasiya və girişə nəzarət (IDOR) Biznes məntiqi zəiflikləri, API testləri, NoSQL Injection Qabaqcıl hücumlar: CSRF, XXE, SSTI, CORS, Clickjacking Praktiki məşğələ: zəiflikləri olan veb tətbiqlərin istismarı və təhlükəsizliyinin təmin edilməsi
Kibermüdafiə, Forensika və Yekun layihə
- 1.Loqlar, Syslog, SIEM (ELK Stack-ə giriş) İnsidentlərə cavab və NIST çərçivəsi Forensikanın əsasları və sübutların idarə edilməsi Təhlükəsizlik alətləri: Firewall, IDS/IPS, EDR/XDR Active Directory-nin əsasları və geniş yayılmış zəifliklər Müdafiə yönümlü təhlükəsizlik layihəsi və Blue Team tapşırıqları Yekun layihə
Qabaqcıl məzunlarımız
Bu kurs üçün hələ məzun məlumatı əlavə olunmayıb.
Müəllimlərimiz
Ən çox verilən suallar
idtech texnologiya, proqramlaşdırma və rəqəmsal bacarıqlar sahəsində təhsil verən müasir bir öyrənmə ekosistemidir.
Saytımızdakı 'Müraciət et' bölməsindən formu doldurmaqla qeydiyyatdan keçə bilərsiniz.
Dərslər həm yeni başlayanlar, həm də təcrübəsini dərinləşdirmək istəyənlər üçün uyğundur.
Bəli, dərslər həm onlayn, həm də sinif şəraitində keçirilir.