Dron mühəndisliyi
Dron mühəndisliyi kursu uşaqlara dronların necə işlədiyini, hansı hissələrdən ibarət olduğunu və haralarda istifadə edildiyini sadə və maraqlı formada öyrədən praktiki təlimdir. Kursda uşaqlar dronun əsas hissələri, uçuş məntiqi, balans və istiqamət anlayışları ilə tanış olur, təhlükəsiz istifadə qaydalarını öyrənirlər. Təlim vizual nümunələr, simulyasiyalar və oyun əsaslı tapşırıqlar üzərində qurulur. Təlim uşaqlarda texnologiyaya maraq, mühəndis düşüncəsi, məntiq və problem həll etmə bacarıqlarını inkişaf etdirir.
Üstünlüklərimiz
Peşəkar Mentorlar
Təcrübəli mütəxəssislərdən dəstək və istiqamət
Praktiki Tədris
Yalnız nəzəriyyə deyil, real layihələr üzərində öyrənmə imkanı
Müasir Texnologiyalar
Python, AI, web proqramlaşdırma və digər aktual sahələr
Karyera Dəstəyi
CV hazırlığı, müsahibə simulyasiyaları və iş imkanlarına çıxış
Tədris proqramı
PUA (Dron) Texnologiyaları
- 1.Modul 1. Giriş və aerodinamikanın əsasları Bu bölmədə PUA-lar haqqında əsas biliklər və onların havada necə qalması öyrədilir. • PUA-lara giriş: Ümumi məlumat və təsnifat. • Sabit qanadlı PUA-lar: Növləri, qanad profillərinin seçilməsi və idarəetmə elementləri. • Multikopterlər (dronlar): Növləri, komponentləri və idarəetmə mexanizmləri. Modul 2. Elektronika və enerji sistemləri Dronun elektron sistemini və enerji təchizatını anlamaq üçün əsas elektronika dərsləri keçirilir. • Əsas elektronika: Cərəyan, gərginlik və tezlik anlayışları, ölçü cihazlarından istifadə (Multimetr, Osiloskop). • Enerji sistemi: Batareyalar (Li-Po), enerji mənbələri və gərginlik çeviriciləri. • Hərəkət sistemi: Fırçasız mühərriklər, servolar və ESC-nin (Elektron Sürət Kontrolleri) iş prinsipləri. • Dartı qüvvəsi: Pərvanə seçimi və mühərrik-pərvanə uyğunluğu. Modul 3. Radioelektronika və rabitə Dronun uzaqdan idarə edilməsi və məlumatların ötürülməsi texnologiyaları. • Radio rabitəsi: Radio dalğaları, ötürücü və qəbuledicilərin iş prinsipi. • İdarəetmə: Pult idarəetmə növləri, pult vasitəsilə mühərriklərin manual idarə edilməsi. • Telemetriya və video: Məlumatların uzun məsafəyə ötürülməsi, kamera sistemləri, video siqnalların qəbulu və ötürülməsi. Modul 4. Uçuş kontrolleri və naviqasiya Dronun “beyni” rolunu oynayan uçuş kontrollerinin proqramlaşdırılması. • Uçuş kontrolleri: Müasir kontrollerlər, IMU sensorları. • Naviqasiya: GPS sistemi, RTK və PPK texnologiyaları, dəqiq koordinatların müəyyən edilməsi. • Sistem inteqrasiyası: Arduino vasitəsilə sensor göstəricilərinin oxunması, pultun uçuş kontrollerinə qoşulması və sınaqların aparılması. Modul 5. Dizayn, istehsal və yığma Dronun sıfırdan fiziki olaraq hazırlanması prosesi. • Dizayn: Dronun 3D modelinin hazırlanması və uyğun komponentlərin seçilməsi. • Praktiki dizayn: Hər bir iştirakçı seçilmiş 3D modelləşdirmə proqramında öz dron modelini praktiki şəkildə hazırlayacaq və müvafiq ev tapşırıqları veriləcək. • İstehsal: Komponentlərin 3D printer vasitəsilə çap edilməsi. • Yığma: Korpusun yığılması, elektron komponentlərin yerləşdirilməsi və effektiv faydalı yükün hesablanması. Modul 6.Proqram təminatı, uçuş və təhlükəsizlik Dronun uçuşa hazırlanması və yekun mərhələdə sahə sınaqlarının keçirilməsi. • Proqramlaşdırma: Missiyanın planlaşdırılması (Mission Planner, QGroundControl və s.) və avtonom uçuşların qurulması. • Simulyasiya və uçuşa hazırlıq: Simulyatorlarda praktiki məşğələlər, kalibrasiya və təhlükəsizlik qaydaları ilə tanışlıq. • Praktiki uçuşlar: Real uçuşların həyata keçirilməsi və uçuşdan sonra texniki yoxlamanın aparılması. • Müdafiə sistemləri: Dronlara qarşı (anti-drone) sistemlər və onlardan qorunma üsulları.
Avtonom Dron Sistemləri: Simulyasiyadan Real Tətbiqə
- 1.Modul 7.Linux və virtual mühitlərə giriş • Linux, Ubuntu və virtual maşın anlayışları • Ubuntu 22.04-ün quraşdırılması və Terminalın əsasları • Fayl və qovluqlarla iş + Mini layihə Modul 8. Gazebo və dron simulyasiya mühitləri • Simulyasiya anlayışı və Gazebo proqramına giriş • Gazebo proqramının quraşdırılması və interfeysi • Virtual dron və ilkin sazlama • Dronun terminal vasitəsilə idarə edilməsi • Mission Planner və missiyanın planlaşdırılması • Mini layihə – Simulyasiya mühitində dron missiyası Modul 9. Python-un Linux mühitində əsasları • Python-a giriş və verilənlər tipləri • Siyahılar (List), lüğətlər (Dictionary) və şərt operatorları • Funksiyalar • Modullar və kitabxanalar • Obyekt yönümlü proqramlaşdırmanın (OOP) əsasları • Mini layihə – Python skripti Modul 10. Python (DroneKit) vasitəsilə simulyasiyada dronun idarə edilməsi • DroneKit və dronun telemetriya/mövcud vəziyyət məlumatlarının oxunması • Uçuşa qalxma və eniş əmrləri • Dronun hərəkəti və trayektoriyasının idarə edilməsi • Sensor və telemetriya məlumatları • Mini layihə – Avtonom uçuş Modul 11. Süni intellekt əsaslı dron idarəetməsi simulyasiyada • Süni intellekt, kompüter görməsi və dronlar • OpenCV ilə təsvirlərin emalı • Obyektlərin aşkarlanması – YOLO • Obyektlərin izlənməsi – Tracking • İzləmə üzrə praktiki dərs • Tam pipeline – YOLO + SORT Modul 12. Edge Computing və real avadanlıq • Edge Computing və mini kompüterlər • Sistemin qurulması və sensorlar • Python skriptlərinin real avadanlıq üzərində icra edilməsi • Real avadanlıq üzərində kamera və obyekt aşkarlanması • Süni intellektlə sadə qərarvermə mexanizmləri • Yekun layihə – Süni intellektlə idarə olunan avtonom dron
Qabaqcıl məzunlarımız
Bu kurs üçün hələ məzun məlumatı əlavə olunmayıb.
Müəllimlərimiz
Ən çox verilən suallar
idtech texnologiya, proqramlaşdırma və rəqəmsal bacarıqlar sahəsində təhsil verən müasir bir öyrənmə ekosistemidir.
Saytımızdakı 'Müraciət et' bölməsindən formu doldurmaqla qeydiyyatdan keçə bilərsiniz.
Dərslər həm yeni başlayanlar, həm də təcrübəsini dərinləşdirmək istəyənlər üçün uyğundur.
Bəli, dərslər həm onlayn, həm də sinif şəraitində keçirilir.