Gələcək karyeranıza doğru bir addım: İT sektorunda inkişaf imkanları

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi və SABAH qruplarının təşkilatçılığı ilə “Gələcək karyeranıza doğru bir addım” mövzusunda infosessiya keçirilib.

Tədbirdə Elşən Fərzəliyev, Emin Əsgərov və Cavid Cabbarlı çıxış edərək tələbələrlə informasiya texnologiyaları sahəsində karyera imkanları, peşəkar inkişaf istiqamətləri, karyera planlaması və əmək bazarının müasir tələbləri barədə bilik və təcrübələrini bölüşüblər. Görüş zamanı real iş təcrübələrindən nümunələr əsasında tələbələrə peşə seçimi, tələb olunan bacarıqların formalaşdırılması və İT sektorunda uğurlu karyera qurmaq üçün praktiki tövsiyələr verilib. Tədbir tələbələrin gələcək peşə fəaliyyətləri ilə bağlı məlumatlı qərarlar vermələrinə dəstək məqsədi daşıyıb.

Gələcək karyeranıza doğru bir addım: İT sektorunda inkişaf imkanları

Bu tədbirdə

Mən də iştirak edirəm