Codera: İT karyerasına ilk addım

IDTech Academy və “Miqrasiya Könüllüsü” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Codera” seminarı başa çatıb. Seminar çərçivəsində DevOps Engineer Elşən Fərzəliyev iştirakçılarla İT sektorunun əsas istiqamətləri, müasir texnologiyalar və karyera imkanları barədə bilik və təcrübəsini bölüşüb.

Görüş zamanı İT sahəsində mövcud peşə istiqamətləri, DevOps mühəndisliyinin xüsusiyyətləri, karyera planlaması və bu sahədə inkişaf üçün vacib olan bilik və bacarıqlar müzakirə olunub. Seminar gənclərin informasiya texnologiyalarına marağının artırılması və onların gələcək karyera seçimlərinə istiqamət verilməsi baxımından əhəmiyyətli olub.

Codera: İT karyerasına ilk addım

Bu tədbirdə

Mən də iştirak edirəm