Rəqəmsal dünyanı qoruyanlar: Kibertəhlükəsizlikdə karyera imkanları
“Rəqəmsal Gənclik” layihəsi çərçivəsində IDTech Academy-nin təlimçilərinin iştirakı ilə “Rəqəmsal dünyanı qoruyanlar: Kibertəhlükəsizlikdə necə karyera qurmalı?” mövzusunda təlim keçirilib.
Təlimdə “Kapital Bank”ın Kibermüdafiə şöbəsinin rəhbəri və IDTech Academy-nin Kibertəhlükəsizlik instruktoru Sənan Səfərəliyev, eləcə də IDTech Academy-nin Blue Team üzrə Kibertəhlükəsizlik instruktoru Nicat Dadaşov çıxış ediblər. Görüş zamanı kibertəhlükəsizlik sahəsində mövcud karyera istiqamətləri, Blue Team və kibermüdafiə fəaliyyətinin xüsusiyyətləri, tələb olunan texniki bacarıqlar və real iş mühitinin tələbləri müzakirə olunub. İştirakçılar mütəxəssislərin təcrübəsindən faydalanaraq bu sahədə peşəkar inkişaf yolları ilə tanış olublar.
Bu tədbirdə
Mən də iştirak edirəm