İT sahəsində karyera xəritəsi: Peşəkar inkişafın istiqamətləri

“Rəqəmsal Gənclik” proqramı çərçivəsində “İT sahəsində karyera xəritəsi” mövzusunda təlim keçirilib. Təlimdə IDTech Academy-nin icraçı direktoru və AVICOM MMC-nin direktor müavini Elşən Fərzəliyev iştirakçılarla öz peşəkar təcrübəsini bölüşüb.

Görüş zamanı informasiya texnologiyaları sahəsində mövcud karyera istiqamətləri, ixtisas seçimi, peşəkar inkişaf mərhələləri, əmək bazarının tələbləri və İT sektorunda uğurlu karyera qurmaq üçün tələb olunan bilik və bacarıqlar ətraflı müzakirə olunub. Təlim iştirakçılara İT sektorundakı imkanları daha yaxından tanımaq və gələcək karyera hədəflərini müəyyənləşdirmək baxımından faydalı olub.

Bu tədbirdə

Mən də iştirak edirəm