IDTech Açıq Qapı Günü: İT dünyası və karyera imkanları

IDTech Academy-də keçirilən Açıq Qapı Günü iştirakçılar üçün İT sektoru və əmək bazarı ilə daha yaxından tanış olmaq imkanı yaradıb. Tədbir çərçivəsində Elşən Fərzəliyev, Müşviq Quluzadə, Cavid Cabbarlı, Erol Mənsimov və STP Polymer-in HR meneceri Pünhan Qələndərli öz peşəkar təcrübələrini iştirakçılarla bölüşüblər.

Görüş zamanı İT sahəsində karyera istiqamətlərinin seçilməsi, işə qəbul prosesinin incəlikləri, düzgün CV hazırlanması, işəgötürənlərin namizədlərdən gözləntiləri və peşəkar inkişaf imkanları ətrafında müzakirələr aparılıb. İştirakçılar qonaqlara birbaşa suallar ünvanlayaraq praktiki tövsiyələr əldə ediblər.

Bu tədbirdə

Mən də iştirak edirəm