Müsahibədə doğru bildiyimiz səhvlər: HR baxışından uğurlu müsahibə
IDTech Academy-də Humay Qasımlının iştirakı ilə “Müsahibədə doğru bildiyimiz səhvlər” mövzusunda seminar keçirilib. Görüş zamanı iş müsahibələrinə hazırlıq, özünü düzgün və peşəkar təqdim etmə, çətin suallara cavab vermə strategiyaları və HR mütəxəssislərinin namizədləri qiymətləndirərkən diqqət yetirdiyi məqamlar müzakirə olunub.
Seminarda həmçinin əzbərlənmiş və süni intellekt vasitəsilə hazırlanmış cavabların müsahibə prosesində yaratdığı risklərə toxunulub. Tədbirin sonunda keçirilən canlı müsahibə simulyasiyası iştirakçılara nəzəri biliklərini praktiki şəkildə sınamaq və fərdi geribildirim əldə etmək imkanı yaradıb.
Bu tədbirdə
Mən də iştirak edirəm