Kubernetes Seminarı: DevOps və container orchestration üzrə praktiki təcrübə
4 oktyabr 2025-ci il tarixində IDTech Academy tərəfindən Kubernetes texnologiyasına həsr olunmuş praktiki seminar keçirilib. Seminar iştirakçılara container orchestration, infrastrukturun idarə olunması və DevOps prosesləri ilə real iş ssenariləri əsasında tanış olmaq imkanı yaradıb.
Tədbir çərçivəsində iştirakçılar Kubernetes klasterlərinin yaradılması, Pod-ların idarə olunması, Deployment və Scaling prosesləri, eləcə də konteynerləşdirilmiş tətbiqlərin idarə edilməsi üzrə praktiki tapşırıqları yerinə yetiriblər. Seminarın əsas diqqət mərkəzində nəzəri biliklərin real texniki bacarıqlara çevrilməsi, sistemlərin dayanıqlı, təhlükəsiz və miqyaslana bilən şəkildə idarə olunması dayanıb. Görüş iştirakçıların DevOps və infrastruktur mühəndisliyi sahəsində praktiki biliklərinin inkişafına töhfə verib.
Bu tədbirdə
Mən də iştirak edirəm