Polis Akademiyasında informasiya və şəbəkə təhlükəsizliyi üzrə təlim
IDTech Academy tərəfindən Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “İnformasiya təhlükəsizliyinin ümumi əsasları və şəbəkə təhlükəsizliyi” mövzusunda təlim keçirilib.
Təlim çərçivəsində kursantlar və Akademiyanın əməkdaşları ilə müasir kibertəhlükələr, informasiya sistemlərinin qorunması, şəbəkə təhlükəsizliyi və müdafiə mexanizmləri barədə bilik və təcrübə bölüşülüb. İnteraktiv formatda təşkil olunan görüşdə iştirakçıların sualları cavablandırılıb, informasiya təhlükəsizliyi sahəsində karyera imkanları və gələcək əməkdaşlıq perspektivləri də müzakirə olunub.
Bu tədbirdə
Mən də iştirak edirəm