Rəqəmsal sahədə qadın liderliyi və peşəkar inkişaf

Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun, IDTech Academy və Lütfizadə Texnologiya Mərkəzinin tərəfdaşlığı ilə “Rəqəmsal sahədə qadın liderliyi və peşəkar inkişaf” mövzusunda forum keçirilib.

Tədbirin açılışında GİKM-in, AKTA-nın və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin nümayəndələri çıxış edərək rəqəmsal texnologiyalar sahəsində qadınların rolu, liderlik imkanları və peşəkar inkişaf perspektivlərindən bəhs ediblər. Forum çərçivəsində keçirilən panel müzakirəsində texnologiya, sahibkarlıq, innovasiya və İT biznesi sahələrində fəaliyyət göstərən Günay İmanzadə, Günel Xosrovlu, Ayan Etibar və Zalxa Quluzadə öz peşəkar təcrübələrini bölüşüblər. Müzakirələrdə qadınların İT sektorunda təmsilçiliyi, rəqəmsal bacarıqların inkişafı, liderlik və innovasiya sahəsində yeni imkanlar diqqət mərkəzində olub. Tədbir iştirakçılar arasında fikir mübadiləsi, təcrübə paylaşımı və yeni əməkdaşlıq imkanlarının müzakirəsi ilə yekunlaşıb.

Bu tədbirdə

Mən də iştirak edirəm