Bakıda fəaliyyət göstərən, uşaqlar üçün İT tədris mərkəzi kimi tanınan İDSchool şagirdləri növbəti uğurlu nəticəyə imza atıblar.
7–8 mart tarixlərində paytaxtda keçirilən Fibonaççi Beynəlxalq Robot Olimpiadasında İDSchool 7 komanda ilə iştirak edib və nəticədə 6 müxtəlif mükafat qazanıb. Yarış çərçivəsində şagirdlər robototexnika və mühəndislik sahəsində əldə etdikləri bilikləri real tapşırıqlar üzərində tətbiq edərək yüksək nəticələr nümayiş etdiriblər.
Komandaların çıxışında xüsusilə texniki yanaşma, problem həll etmə bacarıqları və effektiv komanda işi diqqət çəkib. İştirakçıların hazırladığı layihələr innovativ ideyaları və praktik tətbiq imkanları ilə seçilib.
Qeyd edək ki, İDSchool İDTech şirkətinin tərkibində fəaliyyət göstərir və 8–16 yaşlı uşaqlar üçün müasir İT sahələri üzrə tədris proqramları təqdim edir. Tədris prosesi çərçivəsində şagirdlər robototexnika, proqramlaşdırma və mühəndislik istiqamətlərində həm nəzəri, həm də praktiki biliklər əldə edirlər.
Bu uğur İDSchool-un tətbiq etdiyi tədris modelinin effektivliyini bir daha təsdiqləməklə yanaşı, şagirdlərin beynəlxalq səviyyəli yarışlara hazırlığında əldə olunan nəticələrin göstəricisidir. Mərkəz gələcəkdə də şagirdlərin beynəlxalq platformalarda iştirakını və uğurlarını davam etdirməyi hədəfləyir.
