
Daxili İşlər Nazirliyinin "Rəqəmsal Gənclər" Təqaüd Proqramı
Daxili İşlər Nazirliyi (DİN) və IDTech Academy yüksək ixtisaslı, müasir tələblərə cavab verən kadrların hazırlanması və xidmətə cəlb olunması məqsədilə təqaüd proqramı elan edib. Proqram çərçivəsində Nazirliyin dəstəyilə 200 nəfərin süni intellekt, kibertəhlükəsizlik, proqramlaşdırma, Product Owner (məhsul sahibi), Linux əməliyyat sistemi, İT biznes analitikası (IT BA) və QA tester mühəndisliyi istiqamətləri üzrə təlim keçməsi nəzərdə tutulur. Təqaüd proqramına seçilən iştirakçıların 4–8 ay davam edəcək təlim xərclərinin 60 faizi DİN tərəfindən qarşılanır. Proqram Daxili işlər orqanlarında xidmətə qəbul meyarlarına uyğun olan və tədrisi uğurla başa vuran şəxslərə Nazirlikdə işə düzəlmək imkanı yaradır. Məqsəd — müasir texnologiyalar sahəsində peşəkar yerli mütəxəssislərin hazırlanması və DİN-in kadr potensialının gücləndirilməsidir. Yüksək texnologiyalar sahəsində maraqlı olan gənclər onlayn qeydiyyat formu vasitəsilə proqrama qoşula bilərlər.

Tədrislər üzrə tələbələrimiz
Təqaüdə müraciət et
Əgər IDtech haqqında daha çox öyrənmək və ya hansı tədris proqramını seçəcəyinizə əmin deyilsinizsə, müraciət edin — biz sizə geri zəng edəcəyik.
Və ya birbaşa WhatsApp ilə yazın
WhatsApp-a keçƏn çox verilən suallar
idtech texnologiya, proqramlaşdırma və rəqəmsal bacarıqlar sahəsində təhsil verən müasir bir öyrənmə ekosistemidir.
Saytımızdakı 'Müraciət et' bölməsindən formu doldurmaqla qeydiyyatdan keçə bilərsiniz.
Dərslər həm yeni başlayanlar, həm də təcrübəsini dərinləşdirmək istəyənlər üçün uyğundur.
Bəli, dərslər həm onlayn, həm də sinif şəraitində keçirilir.