IDTECH Academy və BAAU Arasında İT Sertifikatlaşma və Karyera Proqramı üzrə Əməkdaşlıq

Bakı Avrasiya Universiteti (BAAU) ilə IDTECH Academy arasında informasiya texnologiyaları sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Görüşdə BAAU-nun rektoru, dosent Səyavuş Qasımov, Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı dosent Mütəllim Rəhimov, Karyera və Təlim Mərkəzinin müdiri Natiq Xəlilov və IDTECH Academy-nin nümayəndələri iştirak edib. Memorandumun əsas məqsədi təhsil və peşəkar inkişaf sahəsində strateji əməkdaşlığın qurulması, "İT Sertifikatlaşma və Karyera Proqramı"nın birgə hazırlanması və həyata keçirilməsidir. Layihə çərçivəsində Red Hat Certified System Administrator (Linux), Cisco Certified Network Associate (CCNA), kibertəhlükəsizlik, Java proqramlaşdırma dili və İT və şəbəkə əsasları üzrə təlimlərin təşkili nəzərdə tutulur. Yeni əməkdaşlıq BAAU tələbələrinin praktiki bacarıqlarının artırılmasına, beynəlxalq sertifikatlar əldə etməsinə və gələcək karyera imkanlarının genişləndirilməsinə töhfə verəcək.

Yüklənir...

Tədrislər üzrə tələbələrimiz

Bu kateqoriyada tələbə tapılmadı.

Təqaüdə müraciət et

Əgər IDtech haqqında daha çox öyrənmək və ya hansı tədris proqramını seçəcəyinizə əmin deyilsinizsə, müraciət edin — biz sizə geri zəng edəcəyik.

Və ya birbaşa WhatsApp ilə yazın

WhatsApp-a keç

Ən çox verilən suallar

  • idtech texnologiya, proqramlaşdırma və rəqəmsal bacarıqlar sahəsində təhsil verən müasir bir öyrənmə ekosistemidir.

  • Saytımızdakı 'Müraciət et' bölməsindən formu doldurmaqla qeydiyyatdan keçə bilərsiniz.

  • Dərslər həm yeni başlayanlar, həm də təcrübəsini dərinləşdirmək istəyənlər üçün uyğundur.

  • Bəli, dərslər həm onlayn, həm də sinif şəraitində keçirilir.

IDTECH Academy və BAAU Arasında İT Sertifikatlaşma və Karyera Proqramı üzrə Əməkdaşlıq | IDTECH