
Ayxan
Xasməmmədov
MegaSec MMC
AI, Computer Vision və Robotics sahələrində praktiki təcrübəyə malik mühəndis və məhsul yönümlü mütəxəssisdir. Hazırda MegaSec MMC-də Drone Engineer vəzifəsində çalışır və pilotsuz uçuş sistemlərinin inkişafı üzrə fəaliyyət göstərir. Daha əvvəl SKYX Team-də 3 ildən artıq müddətdə CTO və Project Manager kimi çalışaraq proqram təminatı, Computer Vision və dron texnologiyaları üzrə layihələrə rəhbərlik edib. AI əsaslı təhlükəsizlik, nəqliyyat və müdafiə sistemlərinin hazırlanmasında, həmçinin UAV və robototexnika layihələrində təcrübəyə malikdir. GreenAgroHack, Tech Karabakh və RoboCode Camp kimi yarışlarda komanda rəhbəri olaraq mükafatlar qazanıb. Eyni zamanda, UAV və robototexnika sahəsində təlimçi və mentor kimi fəaliyyət göstərir. IDSCHOOL-da “Avtonom Dron Sistemləri” təlimi üzrə təlimçi kimi fəaliyyət göstərir.