
Emin
Cəbrayılov
IDTECH Academy
Emin Cəbrayılov İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi üzrə bakalavr və kompüter mühəndisliyi üzrə magistr dərəcəsini Azərbaycan Texniki Universiteti və Sumqayıt Dövlət Univeristetində alıb. İxtisaslaşma sahəsi sistem infrastrukturunun qurulması və idarə edilməsidir. 2016-cı ildən İT sahəsində fəaliyyət göstərir. Bu illər ərzində İT helpdesk mütəxəssisindən başlayaraq, sistem inzibatçısı, Senior sistem engineer və infrastrukturun qurulması üzrə konsultant kimi müxtəlif mərhələlərdən keçib. Texniki təcrübəsi aşağıdakı sahələri əhatə edir: Server otaqlarının layihələndirilməsi və qurulması, IT infrastrukturunun arxitekturası, virtuallaşma sistemləri, backup sistemlərinin qurulması və idarə edilməsi, həmçinin DR (Disaster Recovery) sistemlərinin layihələndirilməsi və tətbiqi. Hazırda Mərkəzi Bankda Senior sistem engineer vəzifəsində çalışır və real korporativ infrastruktur layihələri üzərində iş təcrübəsi davam etdirir. Paralel olaraq, 6 ildən artıqdır ki, İT təlimləri ilə məşğuldur.