İbrahim Cəbrayılov

İbrahim Cəbrayılov

IDTECH Academy

İnformasiya Texnologiyaları və Təhlükəsizliyi sahəsində 10 il, bank sektorunda isə 5 ildən artıq təcrübəyə malik DevSecOps mühəndisidir. Bakı Mühəndislik Universitetinin Kompüter Mühəndisliyi üzrə bakalavr məzunudur. 2016-cı ildən etibarən İT və şəbəkə təhlükəsizliyi sahəsində fəaliyyət göstərir. Karyerası ərzində Junior Network Engineer, Network Engineer, Network Administrator və Leading Information Security Specialist vəzifələrində çalışmışdır. Azərbaycan Beynəlxalq Bankında aparıcı və baş DevSecOps mühəndisi kimi bankın bu sahədəki təcrübəsinin təməldən qurulmasına rəhbərlik etmişdir. SAST, SCA, DAST və konteyner təhlükəsizliyi alətlərini inteqrasiya edərək kritik boşluqların azaldılmasına töhvə vermişdir. Şəbəkə təhlükəsizliyi (Palo Alto, F5 ASM/LTM, Cisco ASA) və konteyner infrastrukturunun (Docker, Kubernetes, OpenShift) qorunması üzrə dərin təcrübəyə malikdir. CDP (Certified DevSecOps Professional), CKA (Certified Kubernetes Administrator), CCNA, CCNA Security sertifikatlarına sahibdir.