
İmran
Quliyev
MegaSec MMC
Aviasiya və pilotsuz uçuş sistemləri (UAV) sahəsində 5 ildən artıq təcrübəyə malik mühəndis və texnologiya mütəxəssisidir. Milli Aviasiya Akademiyasında Aerokosmik mühəndislik üzrə bakalavr təhsili alıb və Prezident təqaüdçüsü olub. Hazırda Azərbaycan Texniki Universitetində MBA – General Management üzrə magistr təhsilini davam etdirir. O, müasir robototexnika və dron texnologiyaları üzrə fəaliyyət göstərən SKY X şirkətinin təsisçisi və CEO-sudur. Peşəkar fəaliyyətində dronların hazırlanması, 2D və 3D modelləşdirmə, autopilot sistemləri, FPV sistemləri və dron şouları kimi istiqamətlər üzrə praktiki təcrübəyə malikdir. Karyerası ərzində AZAL-da mühəndis-inspektor, GLENSOL-da mühəndis, Azərsilahda Drone System Lead Engineer və Bimex Tech-də Business Development Manager kimi fəaliyyət göstərib. Hazırda isə MegaSec-də Drone Engineer vəzifəsində çalışır. Komanda rəhbəri kimi glider və CanSat yarışlarında iştirak edib və müxtəlif nailiyyətlər əldə edib. 2022-ci ildə TEKNOFEST-də, 2023-cü ildə isə CanSat Azərbaycan yarışında finalist olub. CanSat yarışında komanda rəhbəri olaraq 4-cü yerə layiq görülüb. IDSCHOOL-da “Dron texnologiyaları ” təlimi üzrə təlimçi kimi fəaliyyət göstərir. Onların 3D dizaynı, elektronikası, yığılması, uçuş dinamikasının mənimsənilməsi .