
Jalə
İsmayılzadə
IDTech academy
Ofis proqramları və rəqəmsal iş alətləri üzrə ixtisaslaşmış, 5 illik təcrübəyə malik təlimçidir. Bakı Dövlət Universitetinin İnformatika müəllimliyi ixtisasının 2022-ci il məzunudur. Microsoft Word, Microsoft Excel, Microsoft PowerPoint, Microsoft Outlook və Google Workspace alətləri üzrə yaxşı səviyyədə bilik və praktiki bacarıqlara malikdir. Peşəkar fəaliyyəti ərzində ofis proqramlarından effektiv istifadə, sənədlərin hazırlanması və formatlaşdırılması, elektron cədvəllərlə işləmə, məlumatların təhlili, təqdimatların hazırlanması və rəqəmsal iş alətlərindən istifadə istiqamətində təlimlər həyata keçirib. Təlimlərində praktiki yanaşmaya üstünlük verir və iştirakçıların əldə etdikləri bilikləri real iş mühitində tətbiq edə bilmələrinə fokuslanır.