Ruslan Xəlilzadə

Ruslan Xəlilzadə

IDTECH academy

Kibertəhlükəsizlik, penetrasiya testləri, zəifliklərin qiymətləndirilməsi və kibertəhlükəsizlik təhsili sahəsində fəaliyyət göstərən gənc mütəxəssisdir. Hazırda IDTECH Academy-də CEO-nun müşaviri və CyberBridge Texnologiya və İnnovasiya Təşəbbüsünün rəhbəri kimi fəaliyyət göstərir. Peşəkar fəaliyyəti çərçivəsində veb və mobil tətbiqlərin penetrasiya testləri, vulnerability research və bug bounty istiqamətlərində praktiki təcrübəyə malikdir. KlickOn INC,CyberON MMC-də Penetration Tester kimi fəaliyyət göstərərək veb tətbiqlərin təhlükəsizlik testlərini həyata keçirib, müxtəlif zəiflikləri aşkarlayıb və onların texniki qiymətləndirilməsini aparıb. Müxtəlif beynəlxalq şirkətlərin təhlükəsizlik proqramlarında aşkar etdiyi zəiflikləri məsuliyyətli şəkildə açıqlayıb. Onun tanınmış nailiyyətləri arasında Red Bull-da aşkar etdiyi IDOR zəifliyinə dair qəbul edilmiş təhlükəsizlik hesabatı, LivePerson Conversational Cloud-da və Mersedes Benz-də aşkarladığı zəifliklərə görə qəbul edilmiş hesabatlar və Avropa İttifaqının Computer Emergency Response Team (CERT-EU) tərəfindən Hall of Fame tanınması yer alır. Ruslan Xəlilzadə Nummix.az komandasının üzvü kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi tərəfindən təşkil olunan Sənaye 4.0 Hakatonunda 3-cü yerə layiq görülüb. Təhsil və ictimai fəaliyyət istiqamətində IDSCHOOL-da Kibertəhlükəsizlik təlimçisi kimi fəaliyyət göstərir, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 9-cu qrant müsabiqəsinin qalibi olan “Kiber Müdafiə Qəhrəmanları” layihəsində təlimçi kimi çıxış edib və UNEC nəzdində Sosial-İqtisadi Kollecin Cyber Club klubuna rəhbərlik edib. CyberBridge çərçivəsində 30-dan çox vebinar, 20-dən çox seminar, 5-dən çox panel sessiyası, karyera görüşləri və müxtəlif maarifləndirici tədbirlər təşkil edib. Həmçinin tələbə elmi konfranslarında çıxış edərək gənclərin kibertəhlükəsizlik və texnologiya sahəsində inkişafını dəstəkləyir.