Kibertəhlükəsizlik kursu və təlimləri
IDTECH-də kibertəhlükəsizlik kursları Bakıda və onlayn keçirilir — Blue Team, Red Team, GRC və DevSecOps istiqamətlərində praktiki təlim.
- Blue Team və Red Team
- SOC, SIEM, pentest
- GRC və audit
- Bakı + onlayn
IDTECH-də kibertəhlükəsizlik kursları Bakıda və onlayn keçirilir. Müdafiə (Blue Team) və hücum (Red Team) istiqamətlərində 4 aylıq praktiki təlimlər, GRC və İT Audit, DevSecOps və firewall administrasiyası üzrə proqramlar mövcuddur. Dərslər real laboratoriya mühitində keçirilir və yazılır.
Kiber təhlükəsizlik sahəsinə IT-dən keçid etmək istəyənlər üçün əvvəlcə şəbəkə və sistem əsaslarını möhkəmləndirmək tövsiyə olunur — bu, həm Blue Team, həm də Red Team istiqamətlərində uğurlu başlanğıc üçün bazadır.
Kimlər üçün?
- IT sahəsində işləyib kibertəhlükəsizliyə keçmək istəyənlər (helpdesk, sistem və şəbəkə administratorları)
- SOC analitiki, pentester və ya informasiya təhlükəsizliyi mütəxəssisi olmaq istəyənlər
- Şəbəkə və sistem əsaslarını bilən, praktiki kiber təhlükəsizlik bacarığı qazanmaq istəyən tələbələr və məzunlar
- Bank, sığorta və ödəniş təşkilatlarında informasiya təhlükəsizliyi tələbləri ilə işləyən mütəxəssislər
Nə öyrənirsiniz?
- Şəbəkə trafikinin təhlili və hücumların aşkarlanması
- SIEM sistemləri, loq təhlili və insidentlərə cavab (Blue Team)
- Zəifliklərin aşkarlanması, penetrasiya testləri və etik hakerlik (Red Team)
- İnformasiya təhlükəsizliyi siyasətləri, risklərin idarə edilməsi və audit (GRC)
- Real laboratoriya mühitində praktiki tapşırıqlar
Uyğun kurslar
- Kibertəhlükəsizlik — Red Team (Offensive Security)
Kibertəhlükəsizlik kursu (Red Team): penetrasiya testləri, etik hakerlik və zəifliklərin aşkarlanması. 4 aylıq praktiki təlim, Bakı və onlayn — IDTECH.
- Kibertəhlükəsizlik — Blue Team (Defensive Security)
Kibertəhlükəsizlik kursu (Blue Team): SOC, SIEM, insidentlərə cavab və təhlükələrin aşkarlanması. 4 aylıq praktiki təlim, Bakı və onlayn — IDTECH.
- IT və Şəbəkə Əsasları (Help Desk)
IT & Network Foundation kursu IT sahəsinə yeni başlayanlar üçün nəzərdə tutulmuş fundamental proqramdır. Kurs çərçivəsində kompüterin əsas iş prinsipləri, əməliyyat sistemləri, şəbəkə anlayışları, IP ünvanlama, internetin işləmə məntiqi, ilkin təhlükəsizlik vərdişləri və texniki dəstək yanaşmaları öyrədilir. Təlim praktiki tapşırıqlar və real iş mühitinə uyğun nümunələr üzərində qurulur və növbəti mərhələlər (Linux, CCNA, SysAdmin və s.) üçün güclü baza yaradır.
- Kibertəhlükəsizlik
Kibertəhlükəsizlik kursu boyunca tələbələr kompüterlərin, şəbəkələrin və tətbiqlərin necə işlədiyini və hücum edənlərin onlardan necə istifadə etdiyini öyrənəcəklər. Addım-addım həm müdafiəçi, həm də etik haker kimi düşünməyi öyrənəcəklər. Təlim nəzəriyyəni güclü praktiki məşğələlərlə birləşdirir. Kurs uşaqlarda rəqəmsal təhlükəsizlik düşüncəsi və düzgün internet vərdişləri formalaşdırır.
- GRC və İT Audit
GRC və İT Audit kursu təşkilatlarda informasiya təhlükəsizliyi, risklərin idarə olunması və uyğunluq (compliance) proseslərini anlamaq və tətbiq etmək istəyənlər üçün hazırlanmış praktiki təlim proqramıdır. Kurs çərçivəsində Governance, Risk və Compliance anlayışları, İT nəzarət mexanizmləri, risklərin qiymətləndirilməsi, daxili nəzarət sistemləri, İT audit metodologiyaları, audit planlama və hesabatlaşdırma prosesləri öyrədilir. Təlim real biznes və audit ssenariləri üzərində qurulur və məqsəd iştirakçıların GRC və İT Audit sahəsində analitik və sistemli yanaşma formalaşdırmasıdır.
- FortiGate Firewall Administration
FortiGate kursu şəbəkə təhlükəsizliyi və firewall idarəetməsi üzrə praktiki təlimdir. Kurs çərçivəsində FortiGate cihazının ilkin qurulması, interface və routing sazlanması, firewall policy-lərin yazılması, NAT, VPN (IPsec/SSL) əsasları, user authentication, security profiles (web filter, application control, antivirus), log və monitorinq, troubleshooting və best practices mövzuları real laboratoriya ssenariləri üzərində öyrədilir. Təlim Network Security və System/Network Administrator istiqamətlərində işləmək istəyənlər üçün güclü praktiki baza yaradır.
- CCNA (Cisco Certified Network Associate)
CCNA kursu şəbəkə sahəsində peşəkar bilik və praktiki bacarıqlar formalaşdırmaq üçün hazırlanmış proqramdır. Kurs çərçivəsində şəbəkə əsasları, TCP/IP, IP ünvanlama və subnetting, switching və routing məntiqi, VLAN, STP, OSPF əsasları, ACL, NAT, wireless, network security fundamentals və troubleshooting metodları praktiki laboratoriya məşğələləri ilə öyrədilir. Təlim CCNA imtahanına hazırlıqla yanaşı, real iş mühitində network engineer və network administrator rolları üçün tələb olunan bacarıqları inkişaf etdirir.
- DevSecOps
DevSecOps — proqram təminatının yaradılması (Development), təhlükəsizliyi (Security) və əməliyyatları (Operations) birləşdirən bir yanaşmadır. Onun əsas məqsədi təhlükəsizlik yoxlamalarını layihənin ən son mərhələsinə saxlamaq deyil, kodun yazıldığı ilk gündən etibarən prosesin hər bir addımına daxil etməkdir.
FAQ
- Kibertəhlükəsizlik kursuna sıfırdan başlamaq olar?
- Şəbəkə və sistem əsaslarını bilmək tövsiyə olunur. Təməliniz yoxdursa, əvvəlcə IT və Şəbəkə Əsasları (Help Desk) və ya CCNA kursu ilə başlaya bilərsiniz.
- Blue Team, yoxsa Red Team kursunu seçməli?
- Blue Team hücumları aşkarlamaq və müdafiə, Red Team isə icazəli hücumlarla zəiflikləri tapmaq üzərində qurulub. Başlanğıc vəzifələr (məsələn, SOC analitiki) Blue Team istiqamətində daha çoxdur.
- Kurslar nə qədər davam edir?
- Blue Team və Red Team təlimləri 4 ay davam edir, dərslər həftədə 2 dəfə keçirilir.
- Dərslər onlayn keçirilir?
- Dərslər hibrid formatdadır: əyani keçirilir, onlayn qoşulmaq və dərsin yazısına sonradan baxmaq mümkündür.